ABŞ-da etiraz aksiyası - 13 nəfər saxlanılıb

ABŞ-da etiraz aksiyası - 13 nəfər saxlanılıb

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən etiraz aksiyasında 13 nəfər həbs edilib.
 
Buna səbəb məhkəmənin cümə günü keçmiş polis əməkdaşı Ceyson Stoklinin qaradərili Entoni Lamar Smiti 2011-ci ildə güllələməsində təqsirsiz elan etməsi olub.
 
Polis məlumatına görə, aksiyada iştirak edən etirazçılar “Qaradərililərində həyatı əhəmiyyət kəsb edir”, “Ədalətli məhkəməkə yoxdursa, sülh də yoxdur”, “Dəyişiklik gəlir” kimi şuarlar yazılan plakatlar qaldırıblar.
 
Qeyd edək ki,  2011-ci ilin dekabrında Stokli və onun həmkarı qaradərili Smiti narkotik vasitələrin yayılmasında şübhəli bilərək saxlamağa çalışıb.
 
Avtomobil təqibindən sonra Stokli avtomobildən düşərək gizlənməyə çalışan afroamerikalı Smitə 5 dəfə atəş açıb. Qaradərili aldığı xəsarətlərdən hadisə yerində ölüb.(Qafqazinfo)
 
 
 

Google+ WhatsApp ok.ru