ABŞ-da güclü yağış 13 nəfəri öldürdü

ABŞ-da güclü yağış 13 nəfəri öldürdü

-- təbii fəlakət nəticəsində daha 25 nəfər xəsarət alıb

ABŞ-ın Kaliforniya ştatında leysan yağışlarının səbəb olduğu sel axınları nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Santa Barbara dairəsi şerifinin ofisinin nümayəndəsi Kelli Xuver deyib.
 
O həmçinin əlavə edib ki, təbii fəlakət nəticəsində daha 25 nəfər xəsarət alıb.
 
50 nəfərin xilas edildiyi bildirilir.
 
Bölgə rəhbərliyi əhalini yeni daşqınların mümkünlüyü barədə xəbərdar edib.
 

Google+ WhatsApp ok.ru