ABŞ-da gənclər Facebooku tərk edir

ABŞ-da gənclər Facebooku tərk edir

-- Üstünlük Youtube, instaqram...

ABŞ-ın “PEV” Araşdırma Mərkəzi ölkə gənclərinin getdikcə Facebooku tərk etdiklərini müəyyənləşdirib. 
 
Maide.Az "acilnews"a istinadən xəbər verir ki, gənclərin daha çox YouTube, İnstaqram və Snapchata üz tutduqları məlum olub.
 
Pev-in araşdırmasına görə ABŞ-da hal-hazırda gənclərin 51 faizi Facebook istifadəçisidir. Bu isə 2015-ci ilə nisbətən 20 faiz azdır.
 
Ölkədə 13-17 yaş arası gənclərin çoxu ağıllı telefona sahibdir. Onların demək olar ki, yarısı fasiləsiz internet istifadə edir.
 
Gənclərin 85 faizi YouTube istifadəsinə üstünlük verincə Facebookun məşhurluğu sarsıldı.
 
YouTube ən çox istifadə olunan sosial media platformu adını qazandı. Onu 72 faizlə İnstagram, 69 faizlə isə Snapchat izləyir.
 
Twitter istifadə edən gənclərin nisbəti 32 faiz, Tumbler isə 14 faiz  təyin edildi. Bu iki platform 2015- ci ildə demək olar ki eyni idi.
 
3 il əvvəl ağıllı telefon sahibləri ümumi gənclərin 73 faizini təşkil edirdi. Bu gün isə bu faiz 95-ə çatıb.

Google+ WhatsApp ok.ru