ABŞ-da məktəbdə atışma olub, ölən və yaralananlar var - Video

ABŞ-da məktəbdə atışma olub, ölən və yaralananlar var - Video

-- Tələbə etirazları davam edir

Dünən ABŞ-da məktəbdə növbəti dəfə atışma baş verib.   

Alabama ştatının Birminqem şəhərində yerləşən məktəblərin birində qeydə alınan silahlı insident nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yaralanan şagirdlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb, daha birinin vəziyyəti isə ağırdır. 

 Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma davam etdirilir.   

Məktəblərdə baş verən silahlı insidentlər başlayan gündən bəri hər gün ABŞ-da tələbələr etiraz aksiyası keçirir. Virciniya, Merilend və Vaşinqtondan gələn tələbələr "bir daha olmasın" şüarı etirazlarını davam etdiriblər.

Polis onlarla tələbəni həbs edib.   Qeyd edək ki, ABŞ-ın Florida ştatının Parkland şəhərində “Marjory Stoneman Douglas” məktəbində silahlı insident baş vermişdi. Hadisə zamanı 17 nəfər həyatını itirmişdi.  (eastnews)

Google+ WhatsApp ok.ru