ABŞ-da qadınlar Trampa qarşı etiraz aksiyası keçirdilər - Foto

ABŞ-da qadınlar Trampa qarşı etiraz aksiyası keçirdilər - Foto

Nyu-Yorkda qadınlar ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti Mayk Pensin qadınlar və miqrantlarla bağlı siyasətlərinə etiraz edib.

Qırmızı plaş və üzlərini örtən ağ ləçək geyinmiş təxminən 25 qadın başları aşağı əyilmiş və səssiz bir şəkildə Pens və ABŞ daxili təhlükəsizlik naziri Kirsten Nilsenin kiber təhlükəsizlik mövzusunda bir toplantıda iştirak etdikləri binaya doğru gedib.

Etirazçı qadınlar azadlıqlarının məhdudlaşdırılmasına diqqət çəkmək üçün Marqaret Etvudun 1985-ci ildə çap olunan distopik romanı "Damazlıq qızın hekayəsi" (The Handmaid's Tale) əsasında çəkilən televiziya serialındakı qız kimi geyiniblər. Romanda qadınlar ikinci növ vətəndaşlar sayılır. Oxumaları və pullarına nəzarət etmələri qadağandır.

Etirazçı Marion Marino "Bu hakimiyyətin uzun illər əvvəl qazandığımız bütün azadlığımızı məhdudlaşdırdığını güclü şəkildə hiss edirəm. Tramp rəhbərliyə gəlməzdən əvvəl sahib olduğumuz azadlıqlardan geri dönməyəcəyimizdən əmin olana qədər hər şeyi edəcəyəm", - deyib.

Nümayişçilər eyni zamanda Tramp rəhbərliyinin miqrantlara qarşı siyasətinə də etiraz edib. Etirazçı qadınlardan biri "Oğurladığın uşaqları geri ver" yazılan plakat daşıyıb. (eastnews.org)

 

Google+ WhatsApp ok.ru