ABŞ-da Qocalar evi yanıb

ABŞ-da Qocalar evi yanıb

-- 20 qoca xəstəxanalıq olub

ABŞ-ın Pensilvaniya ştatında "Barclay Friends" Qocalar evində yanğın baş verib. Trend-in məlumatına görə, axşam saatalrında başlayan yanğın tez bir zamanda evin başqa binalarına da keçib.
 
Məlumata görə, yanğından dərhal sonra Qocalar evinin sakinləri təxliyə edilsə də, 20-dən çox yaşlı insan xəstəxanaya yerləşdirilib.
 
Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı araşdırmalar başlayıb.
 

Google+ WhatsApp ok.ru