ABŞ-da təhqir edilən hicablı qadınlara təzminat ödəniləcək

ABŞ-da təhqir edilən hicablı qadınlara təzminat ödəniləcək

-- 60 min dollar

2012-ci ildə ABŞ-ın Nyu-York şəhərində məktəblərdən birində şagirdlər arasında düşən davaya müdaxilə edən 3 hicablı qadın təhqir edilmişdi.
 
Maide.az “İslam Today”a istinadən xəbər verir ki, polislər qadınların hicablarını çıxarmasını tələb edərək onların fotolarını çəkmişdi.
 
Bundan sonra hər 3 qadın dini azadlıqlarına müdaxilə edən həmin polislər haqqında məhkəməyə müraciət etmişdilər.
 
Məhkəmə prosesi illərlə uzansa da, nəhayət yekun qərar çıxarılıb.
 
Qərara əsasən, qadınların hər birinə Nyu-York Polis İdarəsi tərəfindən 60 min dollar məbləğində təzminat ödənilməsi qərarlaşdırılıb.

Google+ WhatsApp ok.ru