ABŞ-da İmam Hüseyn (ə) günü yürüşü -VİDEO 17 Sentyabr 2018 01:00 Məhərrəmlik ABŞ-ın Nyu York şəhərində dünyanın müxtəlif ölkələrində bu şəhərdə yaşayan İmam Hüseyn (ə) aşiqləri Məhərrəmlik münasibətilə bir araya gələrək, izdihamlı yürüş keçirib. Maide.Az İQNA-a istinadla xəbər verir ki, sentyabrın 16-da Nyu Yorkun Manhettan rayonunda baş tutan yürüşdə minlərlə Əhli-Beyt (ə) aşiqi “Ləbbeykə ya Huseyn (ə)” deyərək, İmam Hüseyn (ə) günü mərasimini keçirib. Yürüş iştirakçıları Nyu York küçələrində camaat namazı qılıb və daha sonra mərasimdə iştirak edən İran, Əfqanıstan, Pakistan, Hindistan, İraq və Livandan olan minlərlə Əhli-Beyt (ə) aşiqi müxtəlif dillərdə mərsiyyələr oxuyub və əzadarlıq edib. Videonu təqdim edirik: Teqlər : #ABŞda İmam Hüseyn (ə) günü yürüşü VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zeynəbim hardasan (mərsiyə - AUDİO) Həzrət Əliəsğər (ə) haqqında (Rövzə və mərsiyə) - VİDEO