ABŞ işğalına qarşı olan iki koalisiya İraqda birləşdi 13 İyun 2018 01:00 Dünya -- `Sairun` və `Həşdi-Şabi`... İraqda 12 may 2018-ci il tarixində keçirilən parlament seçkilərindən sonra baş verən hadisələr dünya gündəmindən düşmür. Seçkilərdə ABŞ işğalının əleyhdarı olan iki koalisyanın - Muqtəda Sədrin başçılıq etdiyi "Sairun" və İraqın rəsmi silahlı qüvvələrinə daxil edilmiş "Həşdi-Şabi" silahlı birləşməsinin rəhbəri Hadi əl-Amirinin başçılıq etdiyi "Fəth"in qələbəsi okeanın o tayında narahatçılıqlar yaradır. Maide.Az "faktxəbər"-ə istinadən xəbər verir ki, 324 kürsülü parlamentə "Sairun" 54, "Fəth" isə 47 yer qazanıb. İlk öncə Muqtəda Sədr "Fəth"lə koalisiya hökuməti qurmayacağını, Əmmar əl-Həkimin və eləcə də Əyyad Əllavinin partiyaları ilə koalisiyaya yaradacağını bildirsə də, dünən axşam saatlarında başa çatan danışıqlar bəzi dəyişiklikləri özündə əks etdirib. Belə ki, Muqtəda Sədr açıqlama verərək, İraq parlamentində ən əb böyük qrupun yaradılması üçün "Fəth"lə danbışıqları başa çatdırıb. Birgə mətbuat konfransında Sədr jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, alyans milli konsensuns çərçivəsində yaradılıb. Sədr əlavə olaraq bildirib ki, "Əl-Hikmət" və "Əl-Vətəniyyə" ilə də koalisiya davam etdiriləcək. Xatırladaq ki, İraq parlament seçkilərində Müqtəda Sədrin başçılıq etdiyi “Sairun”dan (54 yer) sonra, sabiq Haşdu-Şabi komandiri Hadi əl-Amirinin başçılıq etdiyi “Fəth” koalisiyası (47) , daha sonra hazırki baş nazir Heydər əl-Abadinin “Nəsr” koalisiyası (42) , sabiq baş nazir Nuri əl-Malikinin başçılıq etdiyi “Dövlətul-Qanun” (25), “Demokratik Kürdüstan Partiyası”, höccətül-islam Seyid Əmmar Həkimin başçılıq etdiyi “əl-Hikmət” fraksiyası (19) növbəti yerləri isə digər siyasi partiyalar bölüşürlər. Teqlər : #ABŞ işğalına qarşı olan iki koalisiya İraqda birləşdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Özbəkistanda ilk dəfə Ramazan bayramı münasibəti ilə əfv İran nə qədər qaçqına qapılarını açıb? - Rəqəmlər açıqlandı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO