ABŞ Konqresinin sabiq üzvi Ərbəin yürüşündə - FOTO

ABŞ Konqresinin sabiq üzvi Ərbəin yürüşündə - FOTO

-- Uzun illər İraqa səfər edib Ərbəin yürüşündə iştirak etmək arzusunda olmuşam

ABŞ Konqresinin sabiq üzvi  xanım Cynthia McKinney İraqa səfər edib və Ərbəin yürüşündə iştirak edib. 
 
Maide.Az xəbər verir ki,  Amerika Konqresində uzun müddət çalışmış xanım Cynthia McKinney Nəcəf şəhərindən  Kərbəlaya piyada yürüş edərək Ərbəin yürüş iştirakçılarına qatılıb. 
 
Hazırda Banqladeşdə Universitetdə dərs deyən xanım Cynthia McKinney bildirib ki, uzun illərdir ki, İraqa səfər edib Ərbəin yürüşündə iştirak etmək arzusunda olub.  “Mən bir Amerika vətəndaşlı kimi  ABŞ-ın müharibə siyasətlərinin əleydarı kimi İraqa səfər etmişəm ki,  İraqlıların  terrorizmə qələbə çalması ərəfəsində onlarla birlikdə olum.  Eləcədə  bu yürüşdə (Ərbəin yürüşündə) öz həmsəfərlərimdən İmam Hüseyn (ə) və Aşura tarixi haqqında öyrənirəm”. 
 
Qeyd edək ki, xanım Cynthia McKinney 1993-2003 və eləcədə 2005-2007-ci illərdə Demokratlar partiyasından ABŞ Konqresi Nümayəndələr Palatasının üzvi olub. 
 

Google+ WhatsApp ok.ru