ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri İraqda qətllərdə iştirak edib? - Foto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri İraqda qətllərdə iştirak edib? - Foto

-- 29 yaşında kəşfiyyatı işinə daxil olub

ABŞ prezidenti Donald Tramp iki gün öncə Mərkəzi Kəşfiyyat idarəsinə yeni başçı təyin edib.

Yeni MKİ rəhbəri vəzifəsinə Gina Şery Haspel təyin edilib.

Adı çəkilən bu şəxs dünyanın bir neçə ölkəsində casus kimi, eyni zamanda səfirliklərdə çalışıb. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Şery Haspel İraqın işğalı zamanı Əbu Qureyb həbsxanasında həbs edilən məhkumaların işgəncələrində iştirak edərək yandırılan İraq həbçisinin cəsədi ilə foto çəkdirib.   

Şery Haspel 2002-ci ildə Taylanda terror törətməkdə şübhəli bilinən iki Səudiyyə Ərəbistanı vətəndaşına işgəncə verdirib, daha sonra isə sübutları məhv etməkdə ittiham edilib.   

1956-cı il təvəllüdlü Haspel 29 yaşında kəşfiyyatı işinə daxil olub. Xidmətinin ilk illəri ərzində dünyanın bir çox yerlərində olub və "operativ turizmlə" məşğul olub.

O xidməti illərində 8 il Efiopiyada, (1987-1989) Türkiyədə, (1990-1992, 2000- 2002) Azərbaycanda (1996-1998) çoxsaylı qısamüddətli işgüzar səfərlərdən başqa xarici rezedenturalarda Mərkəzi Kəşfiyyat işləri ilə məşğul olub. (eastnews.org)

Google+ WhatsApp ok.ru