ABŞ prezidenti Donald Trump və Şimali Koreya lideri Kim Jong-un-un  görüşü

ABŞ prezidenti Donald Trump və Şimali Koreya lideri Kim Jong-un-un görüşü

-- 38 dəqiqəlik görüşmənin ardınca hər iki lider nahara çıxıb.

ABŞ prezidenti Donald Trump və Şimali Koreya lideri Kim Jong-un Sinqapurda görüşüb.
 
38 dəqiqəlik görüşmənin ardınca hər iki lider nahara çıxıb.
 
İki lider ABŞ və Şimali Koreya ölkələrinin bayraqları önünə salınan qırmızı xalça üzərində bir-birlərinə sarı yeriyib bir-birlərinə əl veriblər.
 
Trump və Kim-in enişli-yoxuşlu münasibəti son 18 ay ərzində həqarətlərdən savaşa qədər gəlib çıxmışdı.
 
Vaşinqton ümid edir ki, bu görüş Kim-in nüvə silahlandırılması layihəsinə son qoya biləcək müddətin başlanğıcı ola bilər. Bəzi təhlilçilərsə düşünürlər ki, Kim təbliğat üçün bu görüşmədən istifadə edir.
 
Birgə keçirdikləri mətbuat konfransında onların rahat davranışı diqqət çəkib.
 
Trump açıqlamasında deyib: "Özümü əla hiss edirəm. Yaxşı bir görüş keçirəcəyik və son dərəcə uğurlu keçəcək".
 
Kim isə deyib: "Bu nöqtəyə gəlmək asan deyildi. Önümüzə maneələr çıxdı, amma bura gəlmək üçün onları aşdıq".
 
Ağ ev məlumat verib ki, tərçüməçilərin müşayiəti ilə keçirilən ikili görüş düz 38 dəqiqə sürüb. Bundan sonra liderlər tərcüməçiləri ilə birgə yeməyə gedib.
 
 İndi nə olacaq?
 
Kim yerli saatla 2-də Sinqapuru tərk edəcək.
 
İkili görüşmədə keçən müzakirələrin detallarını öyrənmək mümkün deyil. ABŞ Şimali Koreyanın nüvə silahlarını ləğv etməsini istəyir, ancaq Şimali Koreya heç də bundan asanlıqla vaz keçənə bənzəmir və qarşılığında nə istəyəcəyi də bəlli deyil.
 
Kim Şimali Koreya iqtisadiyyatının yenidən qurulmasını, iqtisadi embarqoların götürülməsini və xarici yatırımların başladılmasını istəyir. Amma bunun qarşılığında hansı addımları atacağı, hətta verdiyi sözləri tutub-tutmayacağı məlum deyil.(bbc)
 

Google+ WhatsApp ok.ru