ABŞ senatoru John McCain beyin xərçəngidir, əməliyyat edilib

ABŞ senatoru John McCain beyin xərçəngidir, əməliyyat edilib

ABŞ senatoru John McCain-də beyin xərçəngi aşkarlanıb. Bu barədə həkimi iyulun 19-da açıqlama verib. Bildirib ki, senat ötən həftə artıq əməliyyat olunub və bədxassəli şiş çıxarılıb.
 
Həkim onu da deyib ki, 80 yaşlı McCain-in əməliyyatı uğurlu olub, bir gün sonra evə buraxılıb və hazırda evindədir.
 
Orta statistik göstəriciyə görə, bu cür əməliyyatdan sonra xəstələr adətən 14 ay sağ qalırlar. John McCain bundan öncə də üç dəfə melanoma çıxarılması əməliyyatı keçirib. Sonuncu dəfə ona 2002-ci ildə dəri xərçəngi diaqnozu qoyulub və o vaxtdan mütəmadi müalicə alıb.
 
Vyetnam müharibəsinin iştirakçısı, 2008-ci ildə Respublikaçıların prezidentliyə namizədi olmuş John McCain ABŞ-da ən hörmətli və nüfuzlu qanunvericilərdən biridir. O, Senatın silahlı qüvvələr komitəsinə rəhbərlik edir. O, həm də Rusiya prezidenti Vladimir Putinin kəskin tənqidçisidir. (azadliq.org)

Google+ WhatsApp ok.ru