ABŞ Senatı İsrail rejimindəki səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qətnamə qəbul edib

ABŞ Senatı İsrail rejimindəki səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qətnamə qəbul edib

Yüz senatordan əksəriyyəti sənədin lehinə səs verib
 
ABŞ Senatı bazar ertəsi ölkənin İsrail rejimindəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi və ərəb-İsrail münaqişəsinin "iki dövlət" prinsipi əsasında nizamlanmasına çağıran qətnamə qəbul edib.
 
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 100 senatordan əksəriyyəti sənədin lehinə səs verib.
 
Qeyd edək ki, Amerikanın yeni prezidenti Donald Trump seçkilər zamanı bildirmişdi ki, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcək.  
 
Xatırladaq ki, bundan öncədə ABŞ prezidentləri Bill Klinton və Corc Buş Amerikanın səfirliyinin işğal olunmuş Fələstin torpaqlarına köçürəcəklərinə dair söz vermişdi, lakin sonradan qorxdular ki, bu dəyişiklik bölgədə qarşıdurmaları daha da gücləndirər və ona görə geri addım atdı. 
 
ABŞ və dünyanın digər ölkələri Qüdsü sionist rejimin paytaxtı kimi tanımır və öz səfirliklərini Tel-Əvivdə açıb. 
 
Xatırladaq ki, Amerikan Konqresi 1995-ci ildə “Jerusalem Embassy Act” adlı qanun qəbul edib ki, bu qanuna əsasən işğalçı İsrailin paytaxtı Qüds elan olunub. Qanuna əsasən ABŞ səfirliyi 1999-cu ilədək Qüdsə keçirilməli idi, lakin ABŞ prezidentləri bölgədə qarşıdurmaların daha da gərginləşməsindən qorxduğu üçün hər altı aydan bir həmin qanunu veto edir. /

Google+ WhatsApp ok.ru