ABŞ Səudiyyə Ərəbistana dəstək məqsədilə Yəmənə hərbi müdaxilə etmək istəyir

ABŞ Səudiyyə Ərəbistana dəstək məqsədilə Yəmənə hərbi müdaxilə etmək istəyir

ABŞ prezidenti Donald Trampın Pentaqon rəhbəri vəzifəsinə gətirdiyi general Ceyms Mettisi ABŞ-ın Səudiyyə Ərəbistanın Yəmən əleyhinə müharibəsində iştirakını daha da artırmağı istəyib.
 
Maide.Az xəbər verir ki, C.Mettisi sabiq prezident Barak Obamanın vaxtında Yəməndə dinc sakinləri öldürdüyünə görə Səudiyyə Ərəbistana dəstəyə qoyulan məhdudiyyətlərin ləğv edilməsini Ağ Evdən istəyib.
 
“Washington Post” qəzeti ABŞ rəsmilərinə istinadən yazıb ki, C.Mettisi ABŞ prezidenitnin Milli Təhlükəsizlik müşaviri Herbert MakMasterə hesabat göndərib və qeyd edib ki, Səudiyyə Ərəbistanı və BƏƏ-yə Yəmən əleyhinə müharibədə dəstək olmaq “müştərək bir təhlükə ilə mübarizəyə” yardım edə bilər. 
 
Əgər bu hesabat təsdiqlənərsə, C.Mettisin istəyi ilə ABŞ Yəməndə hərbi müdaxiləsini artıracaq. İndiyədək ABŞ "əl-Qaidə" ilə mübarizə bəhanəsi ilə əməliyyatlar keçirir və qeyri-müstəqil Ərəb koalisiyasını Yəmənə hücumda dəstəkləyirdi.
 
Pentaqon rəhbəri həmçinin Hədidə limanında Ənsarullahla mübarizəni gücləndirməyi istəyib.
 
İnsan Hüquqları Müdafiəçi təşkilatlarının açıqlamasına görə, hazırda Yəməndə 19 milyon nəfər (ölkə əhalisinin 60 faizi) qida çatışmazlığından əziyyət çəkir. Onlardan 3 milyon qadın və uşaq isə kəskin aclıq təhlükəsi ilə üz-üzədir. 
 
Ötən ilin oktyabr ayından indiyədək 20 min yəmənli vəba xəstəliyinə tutulub və onlardan təqribən 100 nəfəri həyatını itirib. 
 
BMT-nin məlumatına görə, Səudiyyə Ərəbistan rejiminin Yəmənə təcavüzü nəticəsində 10 mindən çox yəmənli öldürülüb, 40 mindən çox yəmənli isə yaralanıb. Lakin yəmənli qaynaqlar ölənlərin sayının 12 min nəfərdən çox olduğunu bildirib. /

Google+ WhatsApp ok.ru