ABŞ Türkiyəyə döyüş təyyarələri satmayacaq - Senatdan qərar

ABŞ Türkiyəyə döyüş təyyarələri satmayacaq - Senatdan qərar

-- Türkiyə Baş naziri Binəli Yıldırım Türkiyənin alternativsiz olmadığını qeyd edib

ABŞ Senatı Türkiyəyə “F-35” döyüş təyyarəsi, “Patriot” hava hücumundan müdafiə sistemləri, “AH-1” tipli “Kobra” vertolyotu, “H-60 Black Hawk” tipli helikopter, “F-16” qırıcıları və “Chinook” tipli vertolyotların satışını qadağan edən qanun layihəsini qəbul edib.
 
Maide.Az “Euronews”a istinadən xəbər verir ki, bu maddə rahib Endryu Brunsonun Türkiyədə həbs edilməsindən sonra senatorlar Ceyms Lankford və Cenni Şahen tərəfindən təklif edilmişdi.
 
Həmçinin, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi sifariş verməsinin də ABŞ və Türkiyə arasında gərginliyi artırdığı qeyd edilib.
 
Bu qərara reaksiya verən Türkiyə Baş naziri Binəli Yıldırım Türkiyənin alternativsiz olmadığını qeyd edib.
 
Qeyd edək ki, ABŞ Senatı 2019-cu ildə Pentaqona (ABŞ Müdafiə Nazirliyi) 716 milyard dollarlıq büdcə ayrılmasını da təsdiq edib.
 

Google+ WhatsApp ok.ru