ABŞ Ukraynaya `silah göndərə bilər` 25 İyul 2017 01:00 Dünya ABŞ-ın Ukraynadakı yeni xüsusi nümayəndəsi deyir ki, Washington rusiyapərəst üsyançılara qarşı mübarizədə kömək etmək üçün Ukraynaya silah göndərilməsini fəal şəkildə nəzərdən keçirir. Kurt Volker BBC-ə bildirib ki, Ukrayna hökumət qüvvələrinin silahlandırılması Moskvanın yanaşması dəyişə bilərdi. O, bu addımın təxribat xarakterli ola biləcəyini düşünmədiyini deyir. Ötən həftə ABŞ Dövlət Departamenti hər iki tərəfi şərqi Ukraynada kövrək atəşkəsə əməl etməyə çağırıb. Cənab Volkerə görə, şərqi Ukraynada sülhün bərqərar olması üçün Rusiya ilə yeni strateji dialoq çağrılmalıdır. Əvvəllər ABŞ-ın Nato-da daimi nümayəndəsi olmuş cənab Volker bu ayın əvvəlində yeni roluna təyin olunub. BMT-nin məlumatına görə, 2014-cü ilin aprelində şərqi Ukraynada münaqişə başladıqdan bir qədər sonra Rusiyanın Krım yarımadasını ilhaq etməsindən bəri 10,000 nəfərdən çox insan həlak olub. Döyüşlərdə 1.6 milyondan artıq insan köçkün vəziyyətə düşüb. 2015-ci ilin fevralında Minskdə atəşkəs imzalanıb, amma onun şərtlərinə heç də hər zaman əməl edilmir. Teqlər : #ABŞ Ukraynaya `silah göndərə bilər`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqın İslami Ali Şurasının sədri Əmmar Həkim istefa verib və yeni partiya yaradıb İraqda iki terror aktında ölənlər və yaralananlar var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO