ABŞ və müttəfiqləri Suriayda məqsədlərinə çatmayıb

ABŞ və müttəfiqləri Suriayda məqsədlərinə çatmayıb

-- bu, özünü göstərməkdən başqa bir şey deyildi

“ABŞ və müttəfiqləri Suriyaya etdikləri hücumda öz məqsədlərinə çatmayıb.”  
 
Maide.Az  “Əl-Mayadin” telekanalına istinadən xəbər verir ki, bunu  Livan Hizbullah hərəkatının baş katbinin müavini  Şeyx Nəim Qasim deyib. 
 
Onun sözlərinə görə,  ABŞ prezidenti Donald Tramp qlobal müharibəyə daxil olmağın ölkəsi üçün zərərli olduğunu anlayıb. 
 
N.Qasim 3 ölkənin Suriyada öz məqsədlərinə çatmama səbəblərini də açıqlayıb. “Hər hansı ciddi dəyişiklik olmadı, bu, özünü göstərməkdən başqa bir şey deyildi. Onlar daha əvvəl bombaladıqları yerlərə raket zərbələri endirib.Təcavüz nəticəsində cəmi üç nəfər yaralanıb”. 
 
Şeyx N.Qasim ABŞ və müttəfiqlərinin Suriyaya hücumuna hərbi cavab verilməsinin zəruri olmadığını vurğulayıb.  
 
O qeyd edib ki,  atılan 100 raketdən 70-i  Suriya  Hərbi Hava Müdafiə Qüvvələri tərəfindən məhv edilib ki, bu  da hücumun uğursuzluğunun göstəricisidir. 
 
Hizbullah rəsmisi təmsil etdiyi təşkilatın Suriyada heç bir siyasi marağının olmadığını qeyd edib: “Bizim üçün önəmli olan Suriyanın güclü bir dövlət olaraq ayaqda durmasıdır.” 
 
Qeyd edək ki, ötən həftə ABŞ, Fransa və Britaniya  Suriyada “kimyavi silah” istifadə olunması bəhanəsilə bu ölkənin şərqində bir neçə hərbi bazanı bomblayaıb. Beynəlxalq qanunlara zidd olaraq atılan bu addım bəzi qərb yönlü ölkələr tərəfindən dəstəklənsə də əksəriyyət tərəfindən pislənilib, etirazlarla qarşılanıb. 
 

Google+ WhatsApp ok.ru