ABŞ xüsusitəyinatlıları Yəməndə 16 uşaq və qadını qətliam edib - FOTO

ABŞ xüsusitəyinatlıları Yəməndə 16 uşaq və qadını qətliam edib - FOTO

ABŞ Ordusunun xüsusitəyinatlılardan ibarət bir bölüyü Yəməndə əl-Qaidəyə qarşı əməliyyat zamanı qətliam törədib.
 
ABŞ xüsusitəyinatlılarının bu əməliyyatı Yəmənin əl-Bəyda əyalətində həyata keçirilib. ABŞ mənbələri bu əməliyyatın 30 hərbi təyyarə, helikopter və pilotsuz təyyarənin müşayiəti ilə baş tutduğunu bildiriblər. Əməliyyatda məqsəd əl-Qaidənin əlində olan ABŞ jurnalistini azad etmək olub. Lakin əməliyyat zamanı jurnalist də ölüb.
 
ABŞ mənbələri bildirib ki, əl-Bəyda əyalətinin Yəkla bölgəsindəki bu əməliyyatda 40 əl-Qaidə üzvü, o cümlədən əl-Qaidənin Yəməndəki tanınmış üzvlərindən biri Əbdürrauf Zəhəb öldürülüb.
 
Lakin "Anadolu Agentliyi"nin məlumatına görə az sonra burada 16 mülki şəxsin qətliam edildiyi ortaya çıxıb. Həmin cinayətlərin görüntülərini təqdim edirik:
 
 
 
 

Google+ WhatsApp ok.ru