ABŞ yenə qüvvələrini Yəmənə yeritdi 05 Avqust 2017 01:00 Yəmən ABŞ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yəmənin Şəbva rayonunda Ərəb Yarımadası Əl-Qaidəsi (AQAP) terror təşkilatına qarşı əməliyyatlarına dəstək vermək üçün Yəməndə əsgərlərini yerləşdirib. Pentaqon sözçüsü polkovnik Cef Deyvis keçirdiyi mətbuat konfransında, bu barədə açıqlama verib. O, ABŞ-ın kəşfiyyat dəstəyi və hava hücumları ilə yanaşı BƏƏ əməliyyatlarına dəstək vermək məqsədilə kiçik bir xüsusi qüvvə qrupunu Yəmənə göndərdiyini deyib. ABŞ əsgərlərinin tövsiyə və taktika dəstəyi verdiyini deyən polkovnik Deyvis, sözlərini belə davam etdirib: “Biz orada zəruri olan səviyyədə hava hücumu və səlahiyyətlər çərçivəsində zəruri olan miqyasda quru əməliyyatları hazırlayırıq. Ancaq bu əməliyyatın hədəfi BƏƏ-nin elan etdiyi Şəbva əməliyyatının əsas mərkəzidir, ora daxil olub Şebva rayonunda AQAP-ın əlində olan əraziləri təmizləməkdir". Əsgərlərin orada birbaşa qarşıdurmaya daxil olmayacağını deyən Deyvis, əsgərlərin sayına dair bir məlumat verməyib. Xatırladaq ki, 2014-cü ildə Ənsarullah paytaxt Sənada nəzarəti ələ almasından qısa bir müddət sonra, ABŞ Yəməndəki əsgərlərini geri çəkdi. (deyerler) / Teqlər : #ABŞ yenə qüvvələrini Yəmənə yeritdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Transcend Media Servis: `Səudiyyə Ərəbistanı və Amerika, Yəmən xalqına qarşı bioloji müharibədə `vəba` virusundan istifadə edir Yəməndə vəba təhlükəsi: Xəstələrin sayı yarım milyona çatıb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'