ABŞ Yəməndə müharibədən əvvəl hökumət qüvvələrini silahlandırıb

ABŞ Yəməndə müharibədən əvvəl hökumət qüvvələrini silahlandırıb

Bu barədə WikiLeaks təşkilatının dərc etdiyi ABŞ-ın Yəməndəki səfirliyinin 500-dən çox sənədindən məlum olub
 
Vaşinqton hələ müharibədən əvvəl Yəmən hökumətini silahlandırıb, təlim verib və sponsorlaşdırıb. FaktXəbər-in RİA Novosti-yə istinadla məlumatına görə, bu barədə WikiLeaks təşkilatının dərc etdiyi ABŞ-ın Yəməndəki səfirliyinin 500-dən çox sənədindən məlum olub.
 
"Sənəd həmçinin Yəmənin Amerikadan müxtəlif silahlandırmanı - təyyarə, gəmi, nəqliyyat vasitələri... və  biometrik sistem aldığını göstərir", - deyə WikiLeaks saytında bildirilir.
 
Sənədlər 2009-cu ildən münaqişələrin başladığı 2015-ci ilin mart ayına kimi müddət əhatə edir. WikiLeaks vurğulayır ki, Yəməndə müharibə  ABŞ Dövlət Katibi Hillari Klintonun  dövründlə başlayıb və Con Kerrinin onu əvəzləməsindən sonra da davam edib.
 
Amerikanın Yəməndəki səfirliyi  2015-ci ilin fevral  ayında - müharibədən bir ay əvvəl bağlanıb, deyə WikiLeaks xatırladıb.
 
Qeyd edək ki, Yəməndə 2014-cü ildən rejimə qarşı aksiyalar başlayıb, lakin 2015-ci ildən Səudiyyə rejimi başda olmaqla ərəb koalisiyasının müdaxiləsi ilə kəskinləşib. Rejim qüvvələrinin hava hücumundan bu günə qədər uşaqlar və qadınlar da daxil olmaqla on minlərlə dinc sakin həyatını itirib və yaralanıb, yüzlərlə məktəb binası, xəstəxanalar və yaşayış binaları yararsız hala gəlib. /
 
 

Google+ WhatsApp ok.ru