ABŞ: Ürəkdöyünməsi 40 dəqiqə dayanmış kişi sağ qalıb

ABŞ: Ürəkdöyünməsi 40 dəqiqə dayanmış kişi sağ qalıb

ABŞ-ın North Carolina ştatında ürəkdöyünməsi 40 dəqiqə dayanmış bir kişi onu xilas edən polis zabitlərinə öz minnətdarlığını bildirib.
 
36 yaşlı John Ogburn iyunun 26-sı evinə yaxınlıqda kompüterini istifadə edərkən ürəyi dayanıb.
 
Təsadüfən yaxınlıqda olan iki polis zabiti təcili yardım zəngi aldıqdan bir dəqiqə sonra üç övladı olan John Ogburnun ürəyini masaj etməyə başlayıb.
 
Onlar döyünmə qayıdanadək cənab Ogburnun ürəyini növbə ilə 42 dəqiqə masaj edib.
 
Charlotte-Mecklenburg şəhərinin polis zabitləri Lawrence Guiler and Nikolina Bajicin hərəkətlərini tərifə layiq edən fakt odur ki, qayda olaraq polis zabitlərindən, 20 dəqiqəlik ürək masajından sonra müsbət əlamətlər müşahidə etməyəndən sonra ürək masajına davam etmək tələb olunmur.
 
"Mən çox yaxşıyam"
Xəstəxanaya çatdırıldıqdan sonra həkimlər cənab Ogburnun sağalmasına kömək etmək üçün onu bir həftəlik müvəqqəti komaya qoyublar.
 
Ona 6 ay ərzində sürücülüklə məşğul olmaması tövsiyə edilib və o işinə yavaş qayıdır.
 
Lakin, sinə ağrısından başqa, o, özümü tamamilə normal hiss etdiyini deyib.
 
"Mənim enerji səviyyəm əvvəlki kimi deyil, amma bu mənim rejimimin bir az dəyişməsindən də asılı ola bilər", cənab Ogburn BBC-ə deyib.
 
"Sinəmin əzilməsi və daxili defibrillator-un yerləşdirilməsinə görə bir az ağrıdır, amma əgər bu mənim yeganə şikayətimdirsə mən çox yaxşıyam."
 
O, onu xilas edən polis zabitlərinə özünü borclu sayır.
 
"Bir müddət sonra onların dayanması gözlənilir, lakin onlar bunu etmədilər və məni xilas etmək üçün davam etdilər", o deyib.
 
"Buna görə mən onlara çox minnətdaram." (bbc) 

Google+ WhatsApp ok.ru