ABŞ İranla bağlanmış nüvə sazişindən çıxıb

ABŞ İranla bağlanmış nüvə sazişindən çıxıb

-- Hərtərəfli Birgə Fəaliyyət Planı...

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib.
 
Maide.Az xəbər verir ki, bu haqda  "RİA Novosti" məlumat verib. 
 
Donald Tramp Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib.  
 
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.
 
 

Google+ WhatsApp ok.ru