ABŞ İraqda ən böyük hərbi bazasını tikir 14 Mart 2018 02:00 Dünya -- Mosulun cənubunda ABŞ hazırda İraq ərazisində ən böyük hərbi bazasını tikir. Bunu İraq təhlükəsizlik qüvvələrindən adını açıqlanamasını istəməyən mənbə bildirib. Maide.Az “alkawthar” xəbər saytına istinadən xəbər verir ki, ABŞ-ın yeni tikəcəyi hərbi baza Mosulun cənubunda “Əl-Qəyarə” bölgəsindədir. Hazırda ABŞ öz hərbi texnikasını bu bazaya yerləşdirib və bazada yenidənqurma işləri həyata keçirir. Qeyd edək ki, İraq siyasətçiləri ABŞ-ın bu ölkədə varlığının əleyhinədir. Onlar İŞİD-in məhv olduğunu və Birləşmiş Ştatların hərbiçilərinin ölkə ərazisində qalması üçün hər hansı bir bəhanəsinin olmadığını vurğulayır və ABŞ hərbiçilərinin İraqdan çıxmasını tələb edirlər. Teqlər : #ABŞ İraqda ən böyük hərbi bazasını tikir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tillerson işdən çıxarıldı Əfqanıstanda partlayış nəticəsində azı altı polis əməkdaşı ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO