ABŞ-ın qərarına Fələstindən cavab

ABŞ-ın qərarına Fələstindən cavab

-- Bu, qəbuledilməz bir addımdir

Tramp və komandası artıq Qüds probleminin bir parçasıdır.
 
Maide.Az "axar.az" a istinadən xəbər verir ki, bu barədə Fələstin prezidentinin sözçüsü Əbu Rudeyne söyləyib.
 
Fələstin ABŞ-ın mayın 14-də Qüdsə səfirliyini köçürmək barədə qərarını "birtərəfli addım" hesab edib:
 
"Bu, qəbuledilməz bir addımdir. Birtərəfli addımlar heç kimə legitimlik verməyəcək və bölgədə sülhü təmin etmək səylərinə mane olacaq. Hərtərəfli və ədalətli bir sülh beynəlxalq qərarlar iki dövlətin maraqları çərçivəsində təmin edilə bilər".
 
Qeyd edək ki, ABŞ hökuməti mayın 14-də Qüdsə səfirliyini köçürmək barədə qərar verib.
 
"eastnews"-un  məlumatına görə, HƏMAS rəsmilərindən olan Mahmud Zəhhar Fələstin xalqının ABŞ-ın səfirliyi Təl-Əvivdən Qüdsə köçürməsinə cavab verəcəyini açıqlayıb. 
 
 O bildirib ki, bu addıma cavab olaraq fələstinlilər işğal altındakı torpaqlarda müqaviməti gücləndirəcəklər. 
 
 Mahmud Zəhhar ABŞ prezidenti Donald Trampı da tənqid edib.   
 
Donald Trampı irqçi olmaqda ittiham edən Mahmud Zəhhar BMT-nin mövzu qarşısında daha ciddi addımlar atmasını istəyib. (axar.az)
 

Google+ WhatsApp ok.ru