ABŞ-ın törətdiyi cinayətlərə diqqətimizi artırmalıyıq 15 Mart 2018 02:00 Dünya -- “İsraillə münasibətlərini normallaşdıran ölkələr xalqı idarə etmək haqqına sahib deyillər” - Şeyx Naim Qasım Livanda təşkil edilən “Fələstinə Geri Dönüş” adlı beynəlxalq konfrans keçirilib. Maide.az Rasthaber.com-a istinadən xəbər verir ki, konfransda çıxış edən Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım bu ölkədə təşkil olunan “Beynəlxalq Fələstinə qayıdış” konfransında ABŞ-ın regiondakı siyasətini tənqid edib. Şeyx Naim Qasım ABŞ-ın bütün qərarlarına baxmayaraq, Qüdsün Fələstin dövlətinin əbədi paytaxtı kimi qalacağını deyib. Şeyx ABŞ-ın bölgədə həyata keçirdiyi genişmiqyaslı cinayətləri barədə danışıb və bu dövətin regional bağlı siyasətini tənqid edib: “Bu dövlətin bölgədə terrorçuları və Yəmənə hücumlarda Səudiyyə Ərəbistanını dəstəkləmə, həmçinin Bəhreyx xalqına təzyiqlər göstərməsi böyük ziyanlar vurmuşdur. ABŞ-ın bu bölgələrdəki problemlərin həlli üçün heç bir təklifi yoxdur. Buna görə də onların törətdiyi cinayətlərə diqqətimizi artırmalıyıq”. N.Qasım sözlərinə əlavə edib ki, İsraillə münasibətlərini normallaşdıran ölkələr xalqı idarə etmək haqqına sahib deyillər. Teqlər : #ABŞın törətdiyi cinayətlərə diqqətimizi artırmalıyıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Onların köməyə ehtiyacı var Ərəb ölkələrini gözləyən böyük təhlükə: “İkinci Ərəb baharı”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO