Aclıq aksiyası keçirən 60 fələstinli xəstəxanaya yerləşdirilib

Aclıq aksiyası keçirən 60 fələstinli xəstəxanaya yerləşdirilib

Aclıq aksiyası keçirən 60 fələstinli məhbusun durumu ağırlaşdı, xəstəxanaya yerləşdirildi 
 
Sionist İsrail rejimi həbsxanalarında aclıq aksiyası keçirən ən az 60 məhbusun durumu ağırlaşıb və xəstəxanaya yerləşdirilib. 
 
Maide.info xəbər verir ki, Fələstinli Əsirlərin Vəkillər Birliyinin üzvləri aclıq aksiyası keçirən məhbusların bir qismi ilə Ohli Keydar həbsxanasında görüşüb.
 
Onların bildirdiyinə görə, aclıq aksiyası keçirən fələstinli məhbusların vəziyyəti çox ağırdır və 38 gün aclıq etdikdən sonra xəstəxanaya yerləşdiriliblər.
 
Vəkillərin bildirdiyinə görə, məhbusların bəzisi o qədər ağır durumdadır ki, geyimlərini belə dəyişə bilmir. 
 
Vəkillərdən birinin açıqlamasına görə, işğalçı rejim bəzi həbsxanalarda elektrik enerjisini kəsib. 
 
Qeyd edək ki, fələstinli məhbuslar tərəfindən "Azadlıq və ləyaqət" adı altında keçirilən aclıq aksiyası 17 apreldə start götürüb. Hazırda 2000-dən çox fələstinli məhbus aclıq aksiyası keçirir. 
 
Aclıq aksiyasına səbəb işğalçı rejim Cenevrə Konvensiyasının tələblərinə riayət etməməsi göstərilir.
 
Məhbuslar, rəhbər şəxslərin həbs praktikasına son qoyulmasını, dustaqlardan tamamiylə təcrid edilməsini, həmçinin məhkumların kitab, mətbuat və televiziyaya çıxış imkanlarının bərpa edilməsini tələb edir. /

Google+ WhatsApp ok.ru