Aclıq aksiyası keçirən fələstinli məhbuslar xəstəxanası olan həbsxanalara köçürülüb

Aclıq aksiyası keçirən fələstinli məhbuslar xəstəxanası olan həbsxanalara köçürülüb

Fələstinin məhbus işləri rəhbəri İsa Qaraqe bildirib ki, İsrail həbsxanalarında aclıq aksiyası keçirən məhbusların halı pisləşdiyi üçün işğalçı rejim onları səhra xəstəxanası olan 3 həbsxanaya köçürüb.
 
Maide.Az xəbər verir ki, İ.Qaraqe bəyanat yayaraq bildirib ki, aclıq aksiyası keçirən təqribən 1300 məhbus işğalçı rejimin müxtəlif həbsxanalarından Berşəba, Şata və Ramla həbsxanalarına köçürülüb. 
 
O deyib ki, adı çəkilən həbsxanalarda fələstinli məhbuslar aclıq aksiyasına başladıqdan sonra səhra xəstəxanası təsis olunub. “İsrailin müxtəlif həbsxanalarından aclıq aksiyası keçirən məhbusların xəstəxanası olan həbsxanaya köçürülməsi göstərir ki, aclıq aksiya iştirakçılarının durumu ağırdır”.
 
Qeyd edək ki, fələstinli məhbuslar tərəfindən "Azadlıq və ləyaqət" adı altında keçirilən aclıq aksiyası 17 apreldə start götürüb. 1500-dən artıq dustaq qidadan imtina edərək yalnız su və duz qəbul edir. Duz qəbul edilməsində məqsəd daxili orqanların sağlamlığını qorumaqdır.
 
Aclıq aksiyasına səbəb işğalçı rejim Cenevrə Konvensiyasının tələblərinə riayət etməməsi göstərilir.
 
Məhbuslar, rəhbər şəxslərin həbs praktikasına son qoyulmasını, dustaqlardan tamamiylə təcrid edilməsini, həmçinin məhkumların kitab, mətbuat və televiziyaya çıxış imkanlarının bərpa edilməsini tələb edir.
 
Fələstin KİV-lərinin məlumatına görə, aclıq aksiyası keçirən məhbusların durumu ağırdır. Onlardan bəzisi 20 kq-dan artıq arıqlayıb, gözlərində zəifləmə, ögümə və qusma, halsızlıq kimi hallar artıb. 
Məlumatda bildirilir ki, məhbuslara ailələri ilə görüş icazəsi verilmir və onlar davamlı olaraq bir həbsxanadan digər həbsxanaya aparılır. 

Google+ WhatsApp ok.ru