Ağdamda yol qəzasında ölən və yalananların kimliyi müəyyən olunub

Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Quzanlı qəsəbəsində “VAZ 21099” və “VAZ 21011” markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. İlkin məlumata görə, Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Sadıqov Hörmət Hüseyn oğlu idarə etdiyi 02 BL 821 nömrə nişanlı, “VAZ 21011” markalı minik maşını ilə dönmə hərəkətini düzgün yerinə yetirməyib. Həmin istiqamətdə hərəkət edən, Ağdam rayonunun Xındırıstan kənd sakini Elşən Qarayevin yüksək sürətlə idarə etdiyi 90 MB 974 nömrə nişanlı, “VAZ 21099” markalı maşın dönməkdə olan nəqliyyat vasitəsinə çırpılıb.
 
Nəticədə rayon sakinləri Məmmədov Əhməd Qəni oğlu, Quliyev Elçin Mehdi oğlu, Qarayev Rəşad Kamil oğlu, Qarayev Elmir Bakir oğlu və adı müəyyən olunmayan başqa bir sərnişin, həmçinin hər iki avtomobilin sürücüsü xəstəxanaya yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Əhməd Qəni oğlu Məmmədov orada dünyasını dəyişib. 
 
Faktla bağlı cinayət işi açılıb.

Google+ WhatsApp ok.ru