Adidas okeanın tullantı plastiklərindən ayaqqabı hazırladı

Adidas okeanın tullantı plastiklərindən ayaqqabı hazırladı

Alman nəhəng şirkəti ekologiyanın mühafizəsi ilə məşğul olan təşkilatları ilə əməkdaşlığı davam etdirir. Firmanın yeni idman ayaqqabılarında okeanlardakı tullantı plastiklər istifadə edildi.
 
Ekoloji fəlakətlərə qarşı firmaların həyata keçirdiyi bir çox aksiya var. Adidas şirkətinin də birlikdə işlər gördüyü təşkilatlar var. Bu təşkilatlardan biri də Parley for the Oceans təşkilatıdır. Bu təşkilatın məqsədi, dənizlərin təmizlənməsini təmin etmək və plastik tullantıları dənizə çata bilmədən dayandırmaqdır.
 
Adidas şirkətinin 2019-cu ili bahar təqdimatında olan ayaqqabılarının istehsalında, tullantı plastiklərin geri çevrilməsindən əldə edilən vəsait istifadə edildi. Ayaqqabılar, sıfır boya texnikası ilə istehsal edilərək monoxrom bir görünüşlə satışa çıxarıldı. Bu üsulda daha az kimyəvi maddə istifadə edilir və daha az tullantı ortaya çıxır. Üstəlik bu ayaqqabıların istehsalı üçün lazım olan su və enerji miqdarı da azdır. /deyerler.org/
 

Google+ WhatsApp ok.ru