Adidas İsrail rejiminin Futbol Federasiyasına sponsorluq etməkdən imtina etdi

Adidas İsrail rejiminin Futbol Federasiyasına sponsorluq etməkdən imtina etdi

Almaniyanın məşhur idman geyim firması Adidas İsrail rejiminin Futbol Federasiyasına (İFA) sponsorluq etməkdən imtina edib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Fələstinin 130 klubun mart ayında etdiyi çağırışdan sonra, Adidas belə bir qərar verib. İFA-nın işğal altındakı Fələstin torpaqlarında salınan sionist məskunlaşma yerlərində 6 futbol klubunu maliyyələşdirməsi səbəbilə başladılan kampaniyaya dünyanın bir çox yerindən dəstək gəldiyi qeyd olunub və bu tələblə keçirilən imza kampaniyası nəticəsində 16 minə yaxın imzanın toplanıldığı bildirilib.
 
Adidas əvvəllər də sionist məskunlaşma yerlərinin iştirak etdiyi Qüds Marafonundan (Jeruselam Marathon) sponsorluqdan imtina etdiyini açıqlamışdı.
 
İFA bu vəziyyət qarşısında digər bir Almaniya idman geyim firması olan Puma ilə sponsorluq müqaviləsi imzalayıb. Sionist İsrail rejiminin Fələstindəki fəaliyyətlərinə qarşı dünya miqyasında İsrail rejimini boykot etməyə təşviq edən Boykot və Sanksiya Hərəkatı (BDS) Pumanı da eyni əsaslarla İFA-nı boykot etməyə çağırıb.
 

Google+ WhatsApp ok.ru