Adnan Zurfi: ‘Silah yalnız dövlətdə olacaq və silahlı qruplar ləğv olacaq’

Adnan Zurfi: ‘Silah yalnız dövlətdə olacaq və silahlı qruplar ləğv olacaq’

İraqda hökumətin qurulması tapşırığı verilən Nəcəfin sabiq qubernatoru Adnan Zurfi quracağı hökumətinin siyasətini açıqlayıb.
 
 Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Adnan Zurfi quracağı hökumətdə “Əvvəl İraq” siyasətini aparacağını bildirib.
 
Hökuməti qurmaqla vəzifələndirilməsi səbəbindən yazılı bəyanat verən Zurfi, “Əvvəl İraq” və “İraqın regional və beynəlxalq münaqişələrdən kənarda qalması” prinsipi ilə qurulmuş bir xarici siyasət aparacağını bildirib: “Hökumətimiz silahın yalnız dövlətin əlində olması və bütün silahlı təzahürlərin aradan qaldırılması, nümayişçilərin təhlükəsizliyinin təmin edilməsi və qanuni tələblərinin yerinə yetirilməsi üçün çalışacaq.
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) İraqdakı ofisi ilə birlikdə, hökumətin qurulduğu bir il ərzində şəffaf və azad seçkilərə hazırlaşacağıq”.
 
Qeyd edək ki, İraqın prezidenti Bərhəm Saleh dünən (17 mart) Adnan Zurfiyə hökuməti qurmaq tapşırığını vermişdi.
 

Google+ WhatsApp ok.ru