Adı rüşvət qalmaqalında keçən səfirimiz haqqında yeni məlumatlar

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Qeyd edək ki, Elman Zeynalov bir neçə gün əvvəl rüşvət qalmaqalı ilə gündəmə gəlmişdi. Daha doğrusu, yayılan məlumatlarda bildirilirdi ki, Elman Zeynalovun xanımı sürücülük vəsiqəsi almaq üçün rüşvət təklif etdiyinə görə barəsində cinayət işi başlanıb.
 
Dünən redaksiyamıza daxil olan məlumatda isə bildirilir ki, Elman Zeynalov Latviyada çeçen kriminal şəbəkəsinin lideri  kimi tanınan Beslan Abdulmüslimovla dostdur. Bu dostluğun kökündə biznes maraqları dayanır. Elman Zeynalov Beslan Abdulmüslimova məxsus müəssisədə istehsal olunan kolbasa və konservlərin Azərbaycana idxalını təşkil edir.

Google+ WhatsApp ok.ru