AİDS xəstələrini sağaldacaq yenilik

Fransalı alimlər AİDS-lə mübarizədə yenilik əldə ediblər. Koalalar üzərində aparılan araşdırmada onlarda İİV-ə bənzər virusa müqavimət yaradacaq üsulu əldə ediblər. Bu üsulla virus DNT-də təsirsiz hala düşür. Alimlər bu üsulun İİV-də də tətbiq edilməsinin mümkünlüyünü bildiriblər.
 
İİV daşıyıcısı olan, lakin xəstəliyin əlamətləri görünməyən 2 nəfərin gen xətirəsini araşdıran alimlər, genlərdə yaranan bəzi dəyişiklik nəticəsində virusun çoxalmadığını və onu təhlükəsizləşdirməyin mümkün olduğunu bildiriblər.
 
Virusun DNT-də qaldığını və xəstələrin sağaldığını müəyyən edən alimlər bunun səbəbini də araşdırıblar.
 
Onların araşdırmasına görə, apobec adlı fermet virusun genlərə işləyərək AİDS xəstələrini sağaldır.

Google+ WhatsApp ok.ru