Şad xəbər: bu peşə sahiblərinin də maaşı artacaq – Açıqlama

“Milli Məclisin büdcə müzakirələrində müəllimlərin maaşının artırılması ilə yanaşı, həkimlərin də əmək haqlarının artırılması nəzərdə tutulub”.
 
Bu sözləri Axar.az-a açıqlamalasında Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. 
 
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın hazırkı dövlət büdcəsi bu cür artımlara imkan verir:
 
“Belə ki, bir müddət öncə müəllimlərin maaşının artırılması ilə bağlı müzakirələr aparıldı. Və nəticə ortadadır: Prezident İlham Əliyev təhsilin inkişafı və daha keyfiyyətli olması baxımından müəllimlərin maaşını iki qat artırdı. Milli Məclisdə komitənin büdcə müzakirələrinin iclasında həkimlərlə də əlaqədar əmək haqqının artımı nəzərdə tutulub. Yəni komitədə artıq bununla bağlı müzkirələr aparılıb. Planda həkimlərinin əmək haqlarının artırılması məsələsi var. 
 
Ancaq konkret vaxtla bağlı bir söz deyə bilmərəm. Bu, cənab prezidentin səlahiyyətindədir”.  /

Google+ WhatsApp ok.ru