AEBA İranın nüvə proqramına dair qətnaməni təsdiqləyib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Şurası İranın nüvə proqramına dair yekun qətnaməni təsdiqləyib. Bu barədə “RİA Novosti”yə nümayəndə heyətlərinin birinin tərkibindəki mənbə bildirib.
 
Məlumata görə, qərar yekdilliklə qəbul edilib.  
 
Qətnamənin təsdiqlənməsi ilə İranın nüvə proqramı ilə bağlı problem artıq həll edilmiş hesab ediləcək, AEBA  İdarə Şurasının məsələ ilə bağlı əvvəlki qətnamələr ləğv ediləcək və AEBA-İran münasibətləri bundan sonra adi sənədlər toplusu ilə (Zamanətlər barədə saziş və ona aid   əlavə protokol) nizamlanacaq.    
 
Qeyd olunan qətnamə 2015-ci ilin yayında Vyanada imzalanmış “yol xəritəsi”nin reallaşdırılmasının yekun mərhələsi hesab edilir. 

Google+ WhatsApp ok.ru