Aeroport yolunda səkkiz maşın toqquşub 23 Avqust 2016 01:00 Hadisə Bu gün səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib. Keçmiş “Komsomol” dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub. Körpünün girişində “Mercedes” və “Mitsubishi” markalı avtomobillər, üstündə isə iki “Mercedes” markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç “Mercedes” və bir “Volkswagen” markalı avtomobillər bir-birinə çırpılıb. Ölən və ya xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Yolda qısamüddətli tıxac yaranıb. Hazırda ərazidə araşdırma aparılır. (apa) / Teqlər : #Aeroport yolunda səkkiz maşın toqquşub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda mənzildə PARTLAYIŞ - Bir ailədən 5 nəfər xəsarət aldı Bakıda çoxmərtəbəli yaşayış binasında elektrik sayğacları yanıb