Aeroport yolunda iki avtomobil toqquşub

Bakının Sabunçu rayonunda qəza baş verib.
 
Qəza Aeroport yolunda qeydə alınıb. Qəza zamanı Zaur İbrahimovun idarə etdiyi "Mercedes"lə Vüsal Paşayevin idarə etdiyi "Hyundai"  toqquşub.
 
Sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda qəzadan sonra aeroport yolunun bu hissəsində nəqliyyatın hərəkətində problem yaranıb.
 
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Hə iki avtomobil evakuator vasitə ilə hadisə yerindən uzaqlaşdırılıblar. Aeroport yolundan nəqliyyatın hərəkəti əvvəlki vəziyyətinə qayıdıb.
 
Faktla bağlı  Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru