Aeroport yolunda səkkiz maşın toqquşub

Aeroport yolunda səkkiz maşın toqquşub

 
Bu gün səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.
 
Keçmiş “Komsomol” dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub.
 
Körpünün girişində “Mercedes” və “Mitsubishi” markalı avtomobillər, üstündə isə iki “Mercedes” markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç “Mercedes” və bir “Volkswagen” markalı avtomobillər bir-birinə çırpılıb.
 
Ölən və ya xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
 
Yolda qısamüddətli tıxac yaranıb.
 
Hazırda ərazidə araşdırma aparılır. (apa) /

Google+ WhatsApp ok.ru