Ağ Evin sözçüsü: “Biz İsraili dəstəkləyirik”

Ağ Evin sözçüsü Joş Ernest İsrailin Qəzzada müharibə cinayətləri törətmədiyini qeyd edib.
 
Axar.az xəbər verir ki, Ernest jurnalistin “İsrail ilə Fələstin arasında qeyri-bərabər döyüşlər gedir. Bəzi məlumatlara görə İsrail ordusu cinayətlər belə törətməkdən çəkinmir. Siz bu barədə nə deyə bilərsiniz?” sualına “Biz belə görmürük. biz İsraili dəstəkləyirik”- deyə cavab verib.
 
İsrailin ABŞ-ın raketdən müdafiə sistemi ilə təmin olunduğunu deyən Ağ Ev rəsmisi Həmasın İsrail xalqı üçün böyük təhlükə olduğunu deyib.
Bundan başqa həmişə insan haqlarından dəm  vuran və sözdə özülərini insan haqları müdafiəçisi kimi göstəərn ABŞ rəsmisi İsrail quru əməliyyatlarına başlayarsa onu dəstəkləyəcəklərini bildirib.

Google+ WhatsApp ok.ru