Ağ Ev İsraildən İordan çayının qərb sahilinin 50 illik işğalına son qoymasını istəyib

Ağ Ev İşçiləri Qərargahının direktoru Denis Mak Danav İsrailin qərb sahilinin 50 illik işğalına son qoymasını istəyib. 
Maide.az xəbər verir ki, Haarets qəzetinin yazdığına görə,  Denis Mak Danav dünən deyib ki, İsrail ilə Amerika arasında Fələstin məsələsi üstündə yaranmış böhran Netanyahunun seçki çıxışı barədə izahat verməsinə baxmayaraq hələdə davam etməkdədir. D.M. Danav  həmçinin İsrailə qərb sahilinin işğalı barədə xəbərdarlıq edib və onu qanunsuz və yanlış adlandırıb.  "İsrail sonadək digər xalqlara hərbi nəzarət edə bilməz. İsrailin 50 illik işğalçılığına son qoyulmalıdır."-Amerikalı rəsmi deyib./
 

 

Google+ WhatsApp ok.ru