AFFA üç klubu cəzalandırıb

AFFA üç klubu cəzalandırıb

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
Yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub. Nəticədə 3 klub ümumilikdə 1800 manat cərimələnib.
 
“Zirə” – “Qəbələ” oyununda ikinci sarı vərəqə üzündən meydandan kənarlaşdırılıb, komandasını azlıqda qoyan Rasim Ramaldanov 1 matçlıq kənarlaşdırılıb. Müdafiəçi klubunu 200 manat ziyana salıb.
 
Bu qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib. “Sumqayıt”la matçda 4 oyunçusuna xəbərdarlıq edilən “Neftçi”nin də cəzası eyni olub. (apasport) /
 

Google+ WhatsApp ok.ru