Afinada ABŞ bayrağı yandırıldı

Afinada ABŞ bayrağı yandırıldı

-- Suriyaya edilən hücuma etiraz

ABŞ və müttəfiqlərinin Suriyaya hücumuna etiraz edən yunanlılar paytaxt Afinada aksiyalarını davam etdirirlər.
 
Maide.Az “Parstoday”a istinadən xəbər verir ki, ABŞ səfirliyinin yanına toplaşan etirazçılar bu ölkənin bayrağını yandırıblar.
 
Aksiyalara Yunanıstan Kommunist Partiyası (YKP) və parlamentdə yer almayan solçu partiyalar da qoşulublar.
 
Etirazçılar “İmperializm 1 nömrəli düşmən”, “ABŞ, NATO, Aİ - Suriyadan əlinizi çəkin”, “NATO və bazaları məhv olsun” şüarları səsləndiriblər.

Google+ WhatsApp ok.ru