Afinada Fələstin xalqında dəstək aksiyası keçirilib

Afinada Fələstin xalqında dəstək aksiyası keçirilib

-- 3 saat davam edən aksiyanın sonunda bəyanat oxunub

Yunanıstanın paytaxtı Afinada fələstinlilərin ötən həftə başlatdıqları “Böyük Qayıdış Yürüşü”nə dəstək aksiyası keçirilib.
 
Maide.Az “Dünya Bülteni”nı istinadən xəbər verir ki, aksiya işğalçı sionist rejimin  Afinadakı səfirliyinin qarşısında baş tutub.
 
Etirazçı qrup əllərində Fələstin bayraqları ilə “Qatil İsrail”, “Fələstinə azadlıq” şüarları səsləndiriblər.
 
3 saat davam edən aksiyanın sonunda bəyanat oxunub.
 
Qeyd edilib ki, Fələstin xalqı yalnız deyil və haqlı mübarizənin sonunda qalib gələcəklərinə inam tamdır.
 
Qeyd edək ki, 1948-ci ildən etibarən işğalçı İsrail tərəfindən məcburi şəkildə öz yurdlarından didərgin salınan fələstinlilərin torpaqlarına qayıdışı üçün keçirilən yürüşə 31 martdan etibarən start verilib.
 
Yürüşün ilk günündə sionist əsgərlərin odlu silahlarla atəş açması nəticəsində dinc aksiya keçirən 19 nəfər şəhid olub, 1500-dən çox fələstinli isə yaralanıb.
 
Yürüşün 6 həftə davam edəcəyi bildirilir.
 

Google+ WhatsApp ok.ru