Afinada  ilk məscidin açılışı bu gün olacaq

Afinada ilk məscidin açılışı bu gün olacaq

Yunanıstanın paytaxtı Afinada ilk məscidin açılış mərasimi bu gün keçiriləcək.
 
Maide.Az “greekcitytimes”ə istinadla xəbər verir ki, açlış mərasimində Yunanıstan rəsmiləri və Türkiyədən rəsmilər iştirak edəcək. 
 
Afinada tikilən məscidin digər ölkələrdə olan məscidlər kimi minarəsi yoxdur.  Məsciddə səs ucaldıcı vasiətələrdən istifadəyə icazə veriləmir.  Məsciddə eyni zamanda 300 nəfər kişi və 50 nəfər qadın namaz qıla bilər. 
 
Məscid Ramazan ayında 24 saat fəaliyyət göstərəcək, lakin digər günlərdə  yalnız namazdan bir saat  öncə açılacaq və bir saat sonra bağlanacaq. 
 
Məsciddə xütbələr yunan dilində və bəzən ingilis dilində, dualar isə ərəb dilində oxunacaq.
 
Qeyd edək ki, Afinada  məscid tikintisi uzun müddət idi ki, qadağan olunmışdı və  bu şəhər Avropada məscid olmayan yeganə paytaxtdır. 
 
Yunanıstan 10 milyondan çox əhaliyə malikdir və bu ölkədə müsəlmanların sayı artmaqdadır və hal-hazırda Yunanıstanda 700 min müsəlman yaşayır ki, onların 200 mindən çoxu Afina şəhərinin sakinidir . 
 

Google+ WhatsApp ok.ru