Afinada ilk məscid istifadəyə verilib

Afinada ilk məscid istifadəyə verilib

İlk dəfə olaraq Yunanıstan paytaxtı Afinada ilk məscid istifadəyə verilib.
 
Maide.Az "İslam.ru"a istinadla xəbər verir ki , bu barədə Afina Müsəlmanları Cəmiyyətinin sədri Naim əl-Ğadur məlumat verib.
 
Bildirilib ki, Avropa paytaxtları arasında məscidi olmayan yeganə şəhər Afinada da ilk məscidin açılışı olub və istifadəyə verilib.
 
Məscidin açılışı koronavirus pandemiyasına görə az bir qismdə inanclıların iştiakı ilə baş tutub və istifadəyə verilib.
 
Qeyd etmək lazımdır ki, paytaxt məscidində minarə yoxdur, azan səsgücləndiricilər vasitəsi ilə elan olunmur və məscidin işi birbaşa dövlətin nəzarəti altındadır. Məsciddə 350 nəfərə yaxın eyni anda namaz qıla bilər. 
 
Qeyd edək ki, Afinanın İlyunas rayonundakı məscid 1821-ci ildən indiyədək bu şəhərdə açılışı olan ilk rəsmi məsciddir. Hazırda Yunanıstanda 650 min müsəlman məskunlaşıb. 
 
Xatırladaq ki, Yunanıstanın paytaxtında ilk məscid tikmək qərarı hələ 2006-cı ildə verilmişdi, ancaq bürokratik gecikmələr və millətçi qüvvələrin müdaxiləsi səbəbindən məscidin tikintisi və istifadəyə verilməsi indiyədək yubanıb.

Google+ WhatsApp ok.ru