Afinadakı məscidin inşası aprel ayında başa çatacaq

Afinadakı məscidin inşası aprel ayında başa çatacaq

Yunanıstanın paytaxtı Afinada tikintisinə başlanan məscidin aprel ayının sonunda başa çatdırılaraq, təhvil verilməsi gözlənilir.
 
Tikinti şirkətindən verilən məlumata əsasən, noyabr ayında tikintisinə başlanan məscidin inşası, təxminən iki ay ərzində başa çatacaq.
 
İnşaat işlərinin plana uyğun getdiyi bildirilən açıqlamada, məscidin metal konstruksiyası işlərinin başa çatdığı vurğulanıb. Təxminən bir həftə ərzində daxili strukturu və elektrik işlərinin başlanılması nəzərdə tutulur.
 
Votanikos rayonunda Dəniz Qüvvələri Komandanlığına aid bir tədris korpusunda davam edən inşaat işləri avqustda parlament tərəfindən verilən qərardan sonra dörd şirkətin birləşdiyi bir konsorsium tərəfindən həyata keçirilməkdədir.
 
Təxminən 850 kvadrat metr ərazisi və 350 nəfərlik yeri olan məscidin minarəsi olmayacaq. Plana görə, məsciddə bir uşaq parkı da olacaq. Məscid üçün ayrılan büdcə isə 887 min avrodur. (deyerler) /

Google+ WhatsApp ok.ru