Afinada tikilən ilk məscidin açılışı olacaq

Afinada tikilən ilk məscidin açılışı olacaq

Yunanıstanın paytaxtı Afinanın Votanikos rayonunda ilk məscidin açılışı planlaşdırılır.

 
Maide.Az xəbər verir ki, “Kathemerini” qəzetinin məlumatına görə, istifadəyə veriləcək məsciddə iyulun 31-i günü Qurban bayramının təntənəli şəkildə qeyd olunacağı da məlumatda əks olunub.
 
Rəsmi statistikaya görə, Yunanıstanda müsəlmanların sayı 150-200 min nəfər arasındadır. Afina Avropa paytaxlarının arasında məscidin olmadığı son şəhər idi.
 
Qeyd edək ki, 1832-ci ildən başlayaraq Yunanıstanın heç bir hökuməti şəhərdə məscidin inşa edilməsinə icazə verməyib. Yalnız 2013-cü ildə hökumət məscidin inşa edilməsinə 946 min avro vəsait ayırıb. Qərar müsəlman icması tərəfindən çox müsbət qarşılanıb.
 
Xatırladaq ki, bundan öncə Yunanıstanın paytaxtı Afinada ilk məscdin aprel ayında məhdudiyyətlərlə fəaliyyətə başlayacağı bildirilmişdi.
 
Bildirilirdi ki, məscid günün müəyyən saatlarında açıq olacaq və  yalnız Yunanıstan vətəndaşalrı  bu məsciddə  namaz qıla bilər
 
Məsciddə dini ayinlər ingilis və yunan dillərində olmalıdır.    Təxminən 850 kvadrat metr ərazisi və 350 nəfərlik yeri olan məscidin minarəsi olmayacaq. Plana görə, məsciddə bir uşaq parkı da olacaq.

Google+ WhatsApp ok.ru