Afina metrosu işləmir - TƏTİL

Afina metrosu işləmir - TƏTİL

-- Etiraza səbəb metronun özəlləşdirmə fonduna verilməsi barədə qərarı olub

Afina metrosunun əməkdaşları tətil keçirirlər.
 
Bu səbəbdən yollarda tıxacların, eləcə də ictimai nəqliyyatda sərnişindaşımada problemlərin olacağı gözlənilir.
 
Etiraza səbəb metronun özəlləşdirmə fonduna verilməsi barədə qərarı olub. Bununla bağlı metropoliten əməkdaşları ölkənin maliyyə naziri ilə görüş tələb edirlər.
 
Əməkdaşlar hesab edirlər ki, yeraltı nəqliyyatın gəlirliyinin artırılması məqsədilə verilən özəlləşdirmə qərarı əhalinin güzəştli təbəqəsinin metrodan pulsuz istifadə hüququnu məhdudlaşdıracaq.(trend)
 

Google+ WhatsApp ok.ru