Afrikada ilk 'ağıllı telefon' zavodu işə düşdü

Afrikada ilk 'ağıllı telefon' zavodu işə düşdü

 
Ruandanın paytaxtı Kiqalidə “ağıll telefon” hsal edən zavod istifadə verilib.
 
Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu, Afrika qitəsində ilk “ağıllı telefon” zavodu kimi də tarixə düşüb.
 
Məlumata görə, “Mara” brendi adı altında istehsal ediləcək smartfonlar “Android” əməliyyat sistemi ilə işləyəcək. Qiymətlərin 129-189 dollar aralığında olacağı bildirilir.
Hazırda zavodda 200 nəfər çalışır.
 
Zavodun açılış tədbirində çıxış edən Ruanda Prezidenti Pol Kaqame bildirib ki, “Mara” telefonları sayəsində texnologiya insanlar üçün daha əlçatan olub.
 
“Mara” telefonlarının Ruanda ilə yanaşı digər Afrika ölkələrinə də satışı planlaşdırılır.

Google+ WhatsApp ok.ru